"Кухня Любви" kitabının təqdimatı keçirilib FOTOLAR

1 nömrəli Bakı Tibb Kollecində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Amiraslanovun "Кухня Любви" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin, 1 nömrəli Bakı Tibb Kollecinin, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun, həmçinin bir sıra özəl müəssisə və təşkilatların nümayəndələri çıxış ediblər.

Tədbirdə müəllifin kitabının mövzusu, toxunduğu elmi tədqiqatın xülasəsi müzakirə edildi. Eyni zamanda Azərbaycan Milli Kulinariya Mərkəzinin milli mətbəx nümunələrimizin təbliği və təşviqi sahəsində gördüyü işlər vurğulandı. Qeyd olunub ki, "Кухня Любви" kitabı da Mərkəzin bu sahədə gördüyü işlərin, o cümlədən aparılan elmi tədqiqat işlərinin bir nümunəsidir.

Tədbirin sonunda 1 nömrəli Bakı Tibb Kollecinin tələbələrinin hazırladıqları bədii proqram nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə