ATMU təhsil əlaqələrini genişləndirir FOTOLAR

Azərbaycan Turizm və Menecment Universiteti ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında təhsil əlaqələri genişlənir. SİA-nın məlumatına görə, sözügedən ali təhsil ocağının dillər kafedrasının əməkdaşlarının Lənkəran Dövlət Universitetinə səfəri, birgə elmi seminarların təşkili də uğurlu perspektivdən xəbər verir. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Azərbaycan Turizm və Menecment Universitetinin dillər kafedrasının müdiri, f.e.n., dosent Kəmalə Kərimova başda olmaqla bu təhsil ocağının bir qrup əməkdaşını (p.e.n., dos. İzzət Əfəndiyev, fi.ü.f.d, b/m Ülviyyə Baxşəliyeva, gürcü və rus dili müəllimi, respublika jurnalistlər ittifaqının üzvü Anna Bartkulaşvili, b/m Aynur Əliyeva) qəbul edib. LDU rəsmisi rəhbərlik etdiyi ali təhsil ocağında son illərdə respublika daxilində və beynəlxalq səviyyədə bağlanmış müqavilələrdən, birgə təşkil edilən elmi tədbirlərdən söz açıb, müştərək əlaqələrin elmin və təhsilin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

Görüşdən sonra “Təhsili Azərbaycan dilində olan qrup tələbələrinin rus şifahi nitqinin inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda birgə təşkil edilən elmi seminar işinə başlayıb. Seminarda hər iki ali təhsil ocağından olan müəllimlərin məruzələri dinlənilib və müzakirə edilib. LDU rəhbərliyi tərəfindən seminar iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Eyni zamanda, LDU-nun xarici dil kafedrasının müəllimi Aynur Rzayeva özünün çəkdiyi tablonu qonaqlara hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə