“Özbək şeir çələngi” kitabı nəşr edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Özbək şeir çələngi” adlı kitab nəşr edilib. Antologiyanın tərtibçi və tərcüməçiləri Şahməmməd Dağlaroğlu və Şəhla Qasımovadır.

Kitabın ümumi redaktoru və nəşrə məsul, şair Əkbər Qoşalı AZƏRTAC-a bildirib ki, nəşrə akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər. Kitabda 40-dək şairin Azərbaycan və özbək dilində şeirləri yer alıb. Milli Məclisin deputatı Qənirə Paşayeva və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun tövsiyəsi ilə nəşr olunmuş kitabın redaktoru Fərid Hüseyndir.

Bütün xəbərlər Facebook səhifəmizdə