Azərbaycanın korifey rəssamlarının əsərləri sərgilənəcək

Mayın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi açılacaq.

“YARAT”dan SİA-ya bildirilib ki, sərgidə Azərbaycanın görkəmli fırça ustaları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Cavad Mircavadov, Əşrəf Murad, Mahmud Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Rasim Babayev, Nadir Qasımov, Toğrul Nərimanbəyov, Gennadi Brijatyuk, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Eldar Qurban, Tahir Salahov, Fərhad Xəlilov, Altay Sadıqzadə və Qəyyur Yunusun əsərləri nümayiş etdiriləcək.

2019-cu il yanvarın 6-dək davam edəcək sərginin kuratoru Suad Qarayeva-Maleki, tədqiqatçısı Fərəh Ələkbərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...