“Təhlükəsiz qida sağlamlığın zəmanətidir” FOTO

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” çərçivəsində Azad İstehlakçılar İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universiteti “Biznes idarəçiliyi” fakültəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Təhlükəsiz qida sağlamlığın zəmanətidir” adlı təlim keçirilib. SİA-nın məlumatına görə, təlimi giriş sözü ilə açan “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev çıxışında qida təhlükəsizliyinin turizm sektoru üçün əhəmiyyətindən danışıb.

Azad İstehlakçılar İctimai Birliyinin nümayəndələri Fərrux Əsgərov, Nizami Musayev istehlakçıların qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri”, “Qida təhlükəsizliyinin idarəedilməsi sistemi” mövzularında çıxış ediblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və iştirakçıların istehlakçı kimi öz hüquqularından xəbərdar olmasına dair kiçik sorğu təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə