“Ömürdən uzun gecə” tamaşasının premyerası olacaq

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış şair-dramaturq Hidayət Orucovun əsəri əsasında səhnələşdirilən “Ömürdən uzun gecə” yeni tamaşasının premyerasını təqdim edəcək. Teatrın mətbuat katibi Teymur Bayramov SİA-ya bildirib ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.

Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova və başqaları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə