Müşfiqsevərlər və Xızı rayon ictimaiyyəti Prezidentə təşəkkür ediblər

“Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi, İdarə heyətinin üzvləri, Xızı rayon ictimaiyətinin nümayəndələri və Müşfiqsevərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar. “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, Əməkdar Bədən Tərbiyyəsi və İdman xadimi Cavanşir Qurbanovun imzası ilə SİA-nın elktro poçtuna daxil olan məktubda deyilir: “Dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən böyük şairimiz Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı verdiyiniz sərəncam Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi, İdarə heyətinin üzvləri, Xızı rayon ictimaiyətinin nümayəndələri və bütün Müşfiqsevərlərin ürəyindən xəbər verdi. Tarixi əhəmiyyət kəsb edən sərəncamı bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə, qədim tarixi köklərə söykənən milli folklorumuza, həmçinin, Mikayıl Müşfiqin söz sənətinə bir daha göstərdiyiniz növbəti nəciblik, xeyirxahlıq nümunəsi olaraq qiymətləndiririk.
Cəmi 29 il ömür sürmüş şairin müqəddəs adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi yaddaşında əbədi yaşayan Müşfiqin ədəbi irsinə həmişə dövlətimiz lazımı diqqət və qayğı göstərmişdir. Ulu Öndərimiz, əsl sənət xiridarı Heydər Əliyevin ölkəmizə rəhbərliyi zamanında Müşfiqin xatirəsi daima uca tutulmuş, şairin 90 illiyi ilə əlaqədar imzaladığı sərəncama əsasən dövlət səviyyəsində qeyd edilmişdir. 2004-cü ildə Xızı rayonunun Sayadlar kəndində adına Xatirə muzeyi yaradılmışdır.
Sizin, Mikayıl Müşfiqin 100 illiyi ilə bağlı sərəncamınız əsasında Bakı şəhərində Mikayıl Müşfiqin abidəsi ətrafında və adını daşıyan məktəbdə yenidənqurma işləri görülmüş, kitabları nəşr olunmuş, ölkəmizin hər yerində yubileyi həyata keçirilmişdir.
Sizin 17 may 2018-ci il tarixli sərəncamınızı Müşfiqə olan sonsuz hörmətinizin nəticəsi və yüksək qiymətin parlaq təcəssümü kimi dəyərləndiririk.
Bir daha Sizə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi, İdarə heyətinin üzvləri, Xızı rayon ictimaiyətinin nümayəndələri və Müşfiqsevərlər adından dərin təşəkkürümüzü bildirir və xalqımızın inkişafı naminə bundan sonrada görəcəyiniz məqsədyönlü işlərdə yorulmazlıq və uğurlar arzulayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə