Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. SİA xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı, Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri teatrın direktoru, Xalq Artisti Azər Paşa Nemətovdur.

Səhnə əsərində rolları Əməkdar Artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev ifa ediblər.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə