“Xilas edilmiş mədəni sərvətlər” adlı növbəti sərgi-seminar

18 may Beynəlxalq Muzeylər günü hər il muzeylər tərəfindən bir sıra tədbirlərlə qeyd olunur ki, bu ölkəmizdə muzey işinə və muzeylərə verilən əhəmiyyət, göstərilən diqqət və qaygı ilə əlaqədardır. Öz növbəsində muzeylər də tariximizin, mədəniyyətimizin, elmimizin inkişafının şahidi və sübutu olan mədəni sərvətlərimizi gələcək nəsillərə ötürmək üçün qoruyur, onların aşınmasının qarşısının alınması istiqamətində müxtəlif tədbirlər görürlər.

SİA-nın məlumatına görə, mərkəz bu məqsədlə təkcə müxtəlif muzeylərin toplularına məxsus muzey əşyalarının bərpa və konservasiyasını həyata keçirmir, həm də mütəmadi olaraq regionlarda muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşları üçün maarifləndirici kurslar, treninq və sərgi–seminarlar təşkil edir. Növbəti “Xilas olunmuş mədəni sərvətlər” adlı belə sərgi–seminar Ağcabədi rayonunun tarix-diyarşünaslıq muzeyində Ağcabədi, Laçın, Ağdam rayonlarının muzey, qalereya və Heydər Əliyev Mərkəzlərinin əməkdaşları üçün keçirilib. Tədbir zamanı Mərkəzin fəaliyyətini, muzey əşyalarının bərpa proseslərini əks etdirən video–çarxlar, təqdimatlar nümayiş etdirilib. Ağcabədi tarix–diyarşünaslıq muzeyinin, Azərbaycan Xalça Muzeyinin Şuşa filialının toplularından bərpa olunmuş əşyaların fotosərgisi keçirilib.

Sonda isə iştirakçıların sualları Mərkəzin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə