Ləzgi Dram Teatrı Xaçmazda “Pəri Cadu” ilə çıxış edib FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə təşkil edilən Ümummilli Lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilmiş “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Qusar Dövlət Ləzgi Dram teatrı Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə çıxış edib. Tamaşanın quruluçu rejissoru Laləzar Hüseynova, quruluçu rəssamı Marina Mahmudova və musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Tamaşadan öncə tamaşaçılar Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş sərgi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...