Xalq Yazıçısı Elçinin romanı Misirdə nəşr olunub

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr çərçivəsində ərsəyə gələn növbəti nəşr – görkəmli Azərbaycan yazıçısı Elçinin “Baş” romanı Misirdə işıq üzü görüb.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, Misirin “Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Əhməd Sami Elaydi tərcümə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə