“Açıq kitab” elektron kitabxanası oxucuların ixtiyarına verilib

Azərbaycan Tərcümə Mərkəzinin müasir dünya ədəbi proseslərini işıqlandıran “Xəzər” dünya ədəbiyyatı jurnalının (1/2018) onlayn versiyası “Açıq kitab” elektron kitabxanası oxucuların ixtiyarına verilib. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, kitabxana izləyiciləri Mərkəzin www.achiqkitab.az saytına daxil olmaqla nəşrdən pulsuz yararlana biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə