"Mir Cəlal Paşayev-110” adlı kitab sərginin açılış mərasimi olub FOTOLAR

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mir Cəlal Paşayev-110” adlı kitab sərginin açılış mərasimi olub. SİA-nın məlumatına görə, açılışı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açıb: "Bu gün o, bütün dünya dillərinə tərcümə olunan roman, povest və hekayə müəllifi kimi xatırlanır. O, hansı sahədə qələmini sınayıbsa, həqiqətən yaradıcılığı yadda qalan olub. Əlbəttə, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatın elmi, həm də bədi qanadının inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev öz yaradıcılığı ilə sözünü demiş şəxsiyyətlərdəndir. Onun əsərləri hamı üçün sevilən və hamı tərəfindən qəbul olunan real həyatın əksi kimi tədqiqat obyektinə çevrilib. Təvazökar yaradıcılığa və xarakterə malik olan böyük alim Mir Cəlal Paşayev hər zaman özünün xeyirxahlığı və insanpərvərliyi ilə ətrafın sevimlisinə çevrilib. O, nə qədər təvazökar, sakit alim təəssüratı bağışlasa da, yaradıcılığı olduqca peşəkar və şedevr idi. Mir Cəlal Paşayevin yaradıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur. Bu gün dünyanın 50-dək kitabxanasında Mir Cəlal Paşayevin əsərləri qorunur. Milli Kitabxana onun xatirəsini əbədiləşdirmək üçün möhtəşəm bir biblioqrafiya hazırlayıb. Bu biblioqrafiya onun yaradıcılığına qoyulmuş ən böyük abidələrdəndir. Bu abidədə onun yaradıcılığı bütöv şəkildə əhatə olunub. Böyük alimin ədəbi yaradıcılığı elmi yaradıcılığı ilə paralel şəkildə inkişaf edib. Onun “Füzuli sənətkarlığı” əsəri bu gün bizim ali və orta ixtisas məktəblərinin stolüstü kitabına çevirilib. Bu əsər böyük Füzuli yaradıcılığına ithaf edilmiş möhtəşəm əsər hesab edilir. Alimin ədəbi irsi bütün dünya kitabxanalarında təbliğ edilir. Bu istiqamətdə Milli Kitabxana əhəmiyyətli işlər aparır. Əsrlər keçsə də Mir Cəlal yaradıcılığı tədqiqat obyekti olacaq, bir alim kimi xatirəsi əbədi olaraq yaşayacaq”.

Milli kitabxananın direktor müavini Ədibə İsmayılova görkəmli ədibin yaradıcılığı haqqında məlumat verərək, onun elmi fəaliyyətindən və Azərbaycan ədəbi mühitinin inkişafındakı xidmətlərindən bəhs edib.

Sonra qonaqlara kitab sərgisi ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə ədibin 200-dən çox kitabı, elmi əsərləri yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə