“Luç” Ədəbi-Yaradıcılıq Birliyinin üzvləri ilə görüş təşkil edilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxanası və 1 saylı filialı (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) birlikdə “Luç” Ədəbi-Yaradıcılıq Birliyinin üzvləri ilə görüş və kitab təqdimatı keçirib.

Kitabxanadan SİA-ya bildirilib ki, tədbirdə “Luç” Ədəbi və Yaradıcılıq Birliyi haqqında qısa məlumat verilib.

“Luç” Ədəbi-Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Tofiq Məlikli bildirib ki, rus dilində yazıb-yaradan gənc ədəbiyyat və incəsənətsevərlər bu birlikdə bir araya gələrək tədbirlər keçirir və müzakirələr aparırlar. Belə tədbirlərin keçirilməsi gənclərin maariflənməsində, həm də gənc yazarların tanınmasında böyük rol oynayır.

Daha sonra birliyin üzvləri A.Turan və N.Balakişiyeva şeirlərini oxuyublar.

Birliyin üzvü Lalə Ümidin yeni nəşr edilən “Sevgi dərsi” (“Урока Любви”) kitabı da oxuculara təqdim olunub. L.Ümid “Heyva çiçəyi” adlı hekayəsindən bir parçanı və Qarabağa həsr etdiyi şeiri səsləndirib.

Tədbirdə iştirakçılar maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar kitabxanada təşkil olunan “Gənc yazarlar” adlı sərgiyə baxıblar və kitablarını kitabxanaya hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə