Azərbaycan “Vikimedia konfransı”nda

Almaniyanın paytaxtı Berlində dünyanın 100-dək ölkəsindəki vikimedia təşkilatlarının 300-dən artıq nümayəndəsinin iştirakı ilə “Vikimedia konfransı” adlı beynəlxalq tədbir keçirilib. Konfransın təşkilatçısı olan Vikimedia Fondu “Vikipediya”, “Vikikitab”, “Vikilüğət”, “Vikimənbə” və digər vikilayihələri idarə edən qeyri-kommersiya təşkilatıdır. SİA-nın məlumatına görə, konfransda Azərbaycan vikimediaçılarını “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev və təşkilatın fəal üzvü Tərxan Paşazadə təmsil ediblər.

Bu konfransda vikimedia təşkilatlarının ötən bir ildə rastlaşdıqları problemlər, gördükləri işlər və Vikimedia Fondunun 2030-cu ilə yönəlmiş hədəfləri əsas müzakirə mövzusu olub, həmçinin fəal təşkilatlar öz təcrübələrini digərləri ilə bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...