Onlar Fəxri fərmanla təltif olundular

Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

Dəyirmi masada Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova təmsil edib.. Tədbirdə qeyd olunub ki,,müstəqil dövlətimizin qazandığı uğurlarda qadınların rolu böyükdür. Azərbaycan qadını sınağa çəkildiyimiz bütün dövrlərdə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirib.

Son illər gender asimmetriyasının azaldılması qadının rolunu yüksək səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur. Ali təhsilli və savadlı qadın cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməklə, əmək bazarının rəqabətqabiliyyətliliyinin artmasına təkan verir. Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən tədbirdə İnnovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına Müəllif Hüquqları Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərmanları təqdim edilib. Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva və dekan müavini Flora Ələsgərova da Fəxri fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə