Məşhurlarımız Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar

Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. SİA-nın məlumatına görə, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunub.

May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq. Mayın 10-da Serbiya Opera Teatrında keçirləcək konsert Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunacaq.

20-24 may tarixlərində Afaq Abbasovanın Slovakiyada baş tutacaq səfəri Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təşkil olunacaqdır. Konsert Bratislava filarmoniyasının zalında keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə