“Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş tədbir keçirilib

Salyan rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mərkəzin direktoru Lətif Zərbəliyev açaraq Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısından danışıb. O qeyd edib ki, Heydər Əliyev xalqın təkidi ilə Azərbaycana qayıdandan sonra ölkəmiz sülh, əmin-amanlıq şəraitində yaşayır. Bu gün onun siyasətini prezident İlham Əliyev uğurla davam etdirir. Sonra 5 saylı şəhər klubunun müdiri Aytəkin Bədəlova “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş məruzə ilə çıxış edib. Sonda mədəniyyət işçiləri xalqın böyük dəstəyi ilə yenidən prezident seçilən İlham Əliyevi təbrik ediblər.

Eyni mövzulu tədbirlər qrafikə uyğun olaraq mayın 5-dək şəhər və kənd mədəniyyət evləri və klublarında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə