Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində “PMD Group-da staj və iş imkanları" mövzusunda seminar keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev, “Turizm və Qonaqpərvərlik” fakültəsinin dekan müavini Flora Ələsgərova, “Menecment” kafedrasının müdiri İsrayıl İsgəndərov, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Cəfərova çıxış edərək, sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlıqların qurulması və davam etdirilməsinin xüsusi əhəmiyyətini vurğulamış, PMD Group-a əməkdaşlıq üçün öz təşəkkürlərini bildiriblər.

Seminarda PMD Group, Otel Əməliyyatları Şöbəsinin Təlim və İnkişaf üzrə meneceri Fəridə Əmirova, Təlim üzrə menecer Günel Orduxanova, Şamaxı Palace Şərədil-in Satış üzrə meneceri İlkin Rüstəmov tələbələrə PMD Group-un Otel Əməliyyatları şöbəsinın idarə olunması, otellərdə karyera qurma imkanları və təcrübə proqramları haqqında məlumat veriblər. Uğur hekayəsi olaraq şöbənin əməkdaşı,ATMU-nun ilk məzunu İlkin Rüstəmov Otel sistemində uğurlu karyera təcrübəsini tələbələrlə bölüşüb. Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə