“Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə YUNESKO baş qərargahında keçirilən qurumun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclasında iştirak edib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində V.Eyvazzadə və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti və “Bakı Prosesi”nin tarixi və əhəmiyyətinə dair təqdimatla çıxış ediblər.

Daha sonra V.Eyvazzadə YUNESKO baş direktorunun müavini Nada Al-Naşif və təşkilatın mədəniyyətlərarası dialoqa cavabdeh olan departamentinin əməkdaşları ilə görüş keçirib.

Görüşdə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov həmin gün keçirilən Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihəyə həsr olunan tədbirdə Azərbaycana xüsusi yer ayrıldığına görə Nada Al-Naşifə təşəkkür etdi və ölkəmizin “Bakı Prosesi” çərçivəsində YUNESKO ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Vasif Eyvazzadə ötən 10 il müddətində “Bakı Prosesi”nin qlobal hərəkata çevrilməsində YUNESKO-nun dəstəyinə görə təşəkkür edərək növbəti mərhələdə bu beynəlxalq təşəbbüsün prioritetləri barədə məlumat verib və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq “Bakı Prosesi”nin 10 illiyinə həsr olunan tədbirlərin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatının keçirilməsinə başlanıldığını diqqətə çatdırıb. Nada Al-Naşif YUNESKO-nun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və “Bakı Prosesi”ni mədəniyyətlərin dialoqu üçün əsas platforma kimi gördüklərini qeyd edib.

Daha sonra növbəti il üçün əsas plan və layihələr barədə müzakirə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə