Sankt-Peterburq Musiqi Liseyinin beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində olublar.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, məktəbdə U.Mixaylovskaya tərəfindən qoboy aləti üzrə ustad dərsi və qərb bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Musiqiçilərin rəngarəng ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə