Bakıda növbəti dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək FOTOLAR

Mayın 2-dən 17-dək Bakıda növbəti dəfə "IMAGINE" Avropa Tolerantlıq Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr və debatlar təşkil olunacaq.

SİA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas söyləyib.

Diplomat qeyd edib ki, festival çərçivəsində Avropa tolerantlığı barədə 40-dan çox müxtəlif mövzulu sənədli filmin nümayişi və fotosərginin açılışı planlaşdırılır. Tədbir çərçivəsində, iki konsert proqramı və bir açıq havada teatrı nümayiş ediləcək, eyni zamanda, azərbaycanlı rejissorların filmləri nümayiş və müzakirə olunacaq. Mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edəcək bu festival İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə, Bakıda 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və İsveçrə, Norveç, Braziliya, İsrail, Peru, Moldova, Meksika, Amerika Birləşmiş Ştatları və Argentinanın Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə