Milli Kitabxanada “Vaqif Yusifli – 70” adlı kitab sərgisi açılıb

Aprelin 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tənqidçi, ədəbiyyatşünas-alim, Əməkdar Mədəniyyət İşçisi Vaqif Yusiflinin 70 illiyi münasibətilə kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, “Vaqif Yusifli – 70” adlı kitab sərgisində alimin əsərləri, redaktoru olduğu, rəy verdiyi, “Ön söz” yazdığı kitablar və qəzet-jurnal materialları yer alıb.

Sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə