Əməkdar artist oğlunun ölüm səbəbindən danışdı FOTOLAR

Əməkdar artist Rəhman Rəhmanov verilişlərin birində ortancıl oğlu İlhamın ölümündən danışıb. SİA-nın məlumatına görə, aktyor kiçik oğlu Emil kimi ortancıl oğlunun da səsinin gözəl olduğunu vurğulayıb: "Mənim ortancıl oğlum İlham dünyasını dəyişib. Onun mahnı oxumağa böyük həvəsi var idi. Səsi çox gözəl idi. Demək, biz ikinci mərtəbəni tikdirmişdik, balkonun da məhəccəri yox idi. İlhamın ayağı ilişdi və yerə yıxıldı. Beyninə kiçik bir qənbər girdi və beləcə faciəvi şəkildə 27 yaşında dünyasını dəyişdi. Özü də onu hələ təzə evləndirmişdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə