Bəstəkar Rəna Qədimovanın 60 illik yubileyi qeyd olunub FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Rəna Qədimovanın 60 illik yubileyinə həsr olunmuş müəllif konserti təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alan Rəna Qədimovanın yaradıcılığı zəngindir. Müxtəlif musiqi janrlarında qələmini sınayan, özünəməxsus fərdi üslubu, milli koloriti ilə seçilən əsərlər yaradan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental əsərləri üstünlük təşkil edir. Son illər bəstəkarın xor və orkestr üçün yazdığı “Sarı gəlin” balladası musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Onun yaradıcılığında uşaqlara həsr etdiyi əsərlər əsas yer tutur.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...