Bəzi qanunlarda dəyişikliklər edilməsinə dair müzakirələr aparılıb

Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər haqqında məlumat verib.

İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması”, “Memarlıq fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə