Ölkəmiz Pekində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

16-18 aprel 2018-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. SİA-nın məlumatına görə, bu məqsədlə sözügedən sərgidə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev iştirak edir.

Ölkəmizi Nazirliklə yanaşı Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.

Tədbirdə ölkəmiz ilə yanaşı, 70-a yaxın ölkə və 550-ə yaxın şirkət təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə