Milli Kitabxanada “Bakı Prosesi-10” adlı kitab sərgisi açılıb

“Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, aprelin 15-də Milli Kitabxanada “Bakı Prosesi-10” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildiriblər ki, geniş tərtibatda açılan sərgidə “Bakı Prosesi” çərçivəsində keçirilən çoxsaylı beynəlxalq tədbirlər, layihələr, festivallar haqqında Azərbaycan və xarici dillərdə kitablar, qəzet və jurnal materialları sərgilənir.

Sərgi il ərzində fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə