Dünya birjalarında neft yenidən bahalaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar və ya 0,48% artaraq 67,39 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar və ya 0,78% artaraq 72,58 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,1 dollar bahalaşaraq 74,47 dollar olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə