“YARAT” Müasir İncəsənət Mərkəzi balacaları ustad dərsinə dəvət edir

Aprelin 15-də “YARAT” Müasir İncəsənət Mərkəzi balacaları vaxtlarını səmərəli keçirmək üçün ailəvi ustad dərsinə dəvət edir. SİA-nın məlumatına görə, budəfəki mövzu Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunacaq. Dərs zamanı balacalar raket düzəltməklə yanaşı, kosmonavtika haqqında da bir çox maraqlı məlumatlar əldə edəcəklər.

Qeydiyyat hər gün saat 10:00-dan 18:30-dək aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə