“Veçerinka u Monstrov” adlı ailəvi tamaşa-nağıl göstəriləcək

İyunun 3-də Bakıda ilk dəfə Heydər Əliyev Sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gunu müasibətilə uşaqlar üçün “Veçerinka u Monstrov” adlı ailəvi tamaşa-nağıl göstəriləcək.

Heydər Əliyev Sarayından SİA-ya bildirilib ki, Rusiyanın sevilən teatr və kino ulduzları Yeqor Salnikov və Andrey Sviridov parlaq və baxımlı çıxışları, həmçinin sirk artistləri tryuklar və illuziyalar ilə uşaqları sevindirəcək və gözəl əhvali-ruhiyyə bəxş edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə