Füzuli Dövlət Dram Teatrı novruz bayramı ilə əlaqədar "Bahar çələngi" adlı tamaşa konsert proqramını davam etdirir. Rayonun işğaldan azad olunmuş kəndlərində və yeni salınmış qəsəbələrdə əhaliyə bayram sevinci yaşadır. SİA-nın məlumatına görə, ənənəvi olaraq teatr yenə də "N" saylı hərbi hissədə olub, əsgərlərlə görüşüb.

Təşkil olunan tədbirdə teatrla yanaşı respublikanın xalq artisti Valeh Kərimov, Azərbaycanın əməkdar artisti, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, rejissoru Tahir İmanov, Azərbaycanın əməkdar artisti Cabir İmanov qardaşlarının iştirakı ilə "Bəxt üzüyü 2" filminin təqdimatı, teatrın tamaşa-konsert proqramı bayram ərəfəsində əsgərlərdə ruh yüksəkliyi yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə