Novruz Novruzludan möhtəşəm solo konsert

“Uzun incə bir yoldayam”

Nəhayət martın 18-də müğənni-aktyor Novruz Novruzlunun gözlənilən konserti baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən “Uzun incə bir yoldayam” adlı solo konsertə ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, mədəniyyət adamları, həmçinin xaricdən gələn qonaqlar təşrif buyurublar.

Konsertə müğənnini “Hicaz” qrupu müşayiət edib. Novruz Novruzlu təkcə Azərbaycan bəstəkarlarının mahnılarını yox, eyni zamanda rus, italyan, hind mahnıları, təsəvvüf musiqiləri də səsləndirib.

Anşlaqla keçən konsertdə Azərbaycanda mistik musiqilərin ifaçısı kimi tanınan Novruz Novruzlu səsləndirdiyi müxtəlif janrdakı mahnıları ilə pərəstişkarlarına, onun səsinin sehrinə toplaşan insanlara xoş anlar bəxş edib.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə