Günay Əfəndiyeva Darxan Kıdırəli ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva VI Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Fonddan SİA-ya bildiriblər ki, Günay Əfəndiyeva Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə Darxan Kıdırəlini təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. O, Astanaya səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti ilə keçirdiyi görüşü məmnuniyyətlə xatırlayaraq iki qurumun birgə əməkdaşlığının əhəmiyyətindən danışıb.

Darxan Kıdırəli, öz növbəsində, həm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, həm də Beynəlxalq Türk Akademiyasının ortaq fəaliyyətinin bu qədim mirasın araşdırılması və dünyada tanıdılmasına böyük töhfə verəcəyini qeyd edib, Fond ilə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə inamını bildirib.

Görüşdə türk dünyası ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb, ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə