"Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə hekayə müsabiqəsi elan edir

“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalı “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə hekayə müsabiqəsi elan edir. Redaksiyadan SİA-ya bildirilib ki, müsabiqəyə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etməklə tarixi şəxsiyyətlərdən və ya müəllif təxəyyülünün məhsulu olan obrazlardan söz açan müasir hekayələr təqdim etmək mümkündür.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 2018-ci il aprelin 10-dək ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:

- Müəllifin adı və soyadı (təxəllüsü)

- Müəllifin əlaqə nömrəsi

- Hekayə “Times New Roman” şrifti ilə “word” proqramında ən azı 2000, ən çoxu 5000 işarə sayında (boşluqsuz) olmalıdır.

Hekayələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” jurnalının xüsusi buraxılışında dərc ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə