Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin “Turizm və otelçilik”ixtisası üzrə ingilis qrupunda oxuyan tələbələri ilə Türkiyə Respublikasının Kapadokya Universitetinin tələbələri arasında “Turizm marketinqi üzrə dünya təcrübəsi” mövzusunda veb-seminar keçirilib.

SİA-nın məlumatına görə, seminarın əsas məqsədi tələbələrə keçirilən “Marketinqin əsasları”üzrə fənn biliklərinin daha dərindən mənimsənilməsinə xidmət edən müvafiq istiqamətli təcrübələrin hər iki ölkənin timsalında öyrənilməsi və mübadiləsi idi. Seminarda “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov, dekan müavini Flora Ələsgərova, “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev, Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və Marketinq kafedrasının müdiri Anar Eminov iştirak edib.

Seminarı giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və Türkiyə Respublikasının Kapadokya Universitetinin təmsilçisi Gülçin Tekin açıb. Veb-seminarda ATMU-nun müəllimi,həmçinin seminarın təşkilatçısı Aqil Vəliyev və Kapadokya Universitetinin professoru Kurtuluş Karamustafa təqdimatlarla çıxış ediblər.

Qeyd etmək lazımdır ki, tədbirdə hər iki ali təhsil müəssisəsinin tələbələri tərəfindən ingilis dilində hazırlanan təqdimatlar bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb. Veb-seminara fikir mübadiləsi şəraitində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə