“Danışan Pişik Tom və dostları”

Martın 10-11-də Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün ilk dəfə “Danışan Pişik Tom və dostları” interaktiv, əyləncəli və musiqili tamaşa təqdim ediləcək.

Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada uşaqlar və valideynləri müasir və texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun və ünsiyyət, interaktiv ekran, rəqs, əyləncə, musiqi və digər unudulmaz sürprizlər gözləyir. İnteraktiv tamaşada yeni texnologiyalar və proyesiyadan istifadə olunacaq.
Biletləri Heydər Əliyev Sarayının kassasından, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...