Mədəniyyət müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və orada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas vəzifələrindəndir. SİA-nın məlumatına görə, ötən iki il müddətində Mərkəz tərəfindən 70 dən artıq müxtəlif təyinatlı vəsaitlər hazırlanmış və onların yerlərdə təqdimatları təşkil olunub.

Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış, mədəniyyət sahəsini demək olar ki, ümumilikdə əhatə edən 14 yeni metodiki vəsait işıq üzü görüb.

Burada: müəllif Sevinc Qasımovanın “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar ” və “ Muzey fondlarında foto və video materialların sənəndləşdirilməsi, Məhbubə Əbilovanın “Muzey və muzey tipli müəssisələrin ekspozisiyalarının bədii memarlıq həlli haqqında”, “Muzey və muzey tipli müəssisələrində ekskursiya işinin təşkili, Aygün Balabəyovanın “Məhdud fiziki imkanlı şəxslərin sosial-mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu”, İlahəxanım Qurbanovanın “Dərnəklərin yaradılması və fəaliyyəti”, Əkbər Rüstəmovun “Şəhər (rayon) Mədəniyyət mərkəzləri və onların filiallarında dram və bədii qiraət dərnəyinin təşkili” və “4-8 yaşlı uşaqlar üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş şənliyin ssenarisi”, Pərvanə Hüseynovanın “Mədəniyyət müəssisələrində onlayn treninqlərin təşkili metodikası”, Aynurə Xudanlının “Uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri”, Pakizə Almazovanın “ Muzey və muzey tipli müəssisələrdə marketinq işinin təşkili (I hissə)”, Günay Əliyevanın “Nağıl otağı və nağıl guşəsi üçün təlimat”, Natiq Mustafayevin “ Uşaq musiqi və incəsənət məktəbləri üçün “Üzdən oxu” fənni üzrə proqram”, müəlliflər Rauf İmanov və Lalə Musayevanın “Ritmika fənni üzrə proqram ” və Leyla Rzayeva, Nüsabə Quliyeva, Aygün İsgəndərovanın “Uşaq musiqi və incəsənət məktəbləri üçün Azərbaycan musiqi ədəbiyyatı fənni üzrə gündəlik dərs proqramı” adlı vəsaitləri öz əksini tapıb.

Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə, musiqi məktəblərinə göndərilməsi və yerlərdə təqdimatların aparılması da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə