“Bir millət – iki dövlət” layihələri geniş müzakirə olunub FOTOLAR

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyi Koordinasiya Dairə Başqanlığının dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Mərkəzin şöbə müdiri Nurəddin Babazadə Ankara şəhərində işgüzar səfərdə olublar.

SİA-nın məlumatına görə, səfər çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Yatırım və İşlətmələr Genəl Müdürlüyü, Tanıtma Genəl Müdürlüyü, Araştırma və Eğitim Genəl Müdürlüyü, Kültür Varlıkları və Müzeler Genəl Müdürlüyü rəhbərliyi və mütəxəssisləri ilə görüşlər təşkil edilmiş və Xarici Əlaqələr və Avropa Birliyi Koordinasiya Dairə Başqanı Ramazan Çokçevik ilə danışıqlar aparılıb.

Təşkil olunmuş görüşlər çərçivəsində mədəni və turizm xidmətlərin keyfiyyətlərin artırılması istiqamətində birgə görülə biləcək fərqli təyinatlı tədbirlərin geniş müzakirəsi də təşkil olunub. Belə ki, yeni turistik klasterlərin formalaşması, mədəni xidmətlərin çeşid və keyfiyyətlərin artırılması, ixtisaslaşmış birgə təlimlərin keçirilməsi, habelə hər iki dövlətdə çalışan gənc mədəniyyət işçiləri arasında daha sıx əməkdaşlıq və yoldaşlıq əlaqələrin yaradılması imkanları da müzakirə edilib.

Müəyyən olunmuş ən önəmli perspektiv əməkdaşlıq istiqamətlərindən biri Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilib və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərin xarakterini bildirən “Bir millət - iki dövlət” şüarının müxtəlif tədbir və çap məhsulları vasitəsilə mahiyyət və məzmunca doldurulmasıdır.

Daha sonra bilavasitə müxtəlif təyinatlı mədəniyyət müəssisələr arasında icra oluna biləcək konkret layihələr də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə