“Xocalı faciəsini unutmayaq!” adlı rəsm sərgisi təşkil edilib FOTOLAR

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsini unutmayaq!” adlı rəsm sərgisi təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət işçiləri, həvəskar rəssamlar və 2 nömrəli orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İdarənin rəisi Ramiz Quliyev açaraq 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş qətliamdan danışdı və bildirib ki, uşaqlar Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənlərə nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunub.

Daha sonra uşaqların çəkdikləri rəsm əsərlərinə baxış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə