Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında - fevralın 25-dən 26-na keçən gecə Xocalıda qarşılaşıb. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazılıb, xalqımızın yaddaşına əbədi həkk olunub. Erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi hər il ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. SİA-nın məlumatına görə, bu fikirlər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində keçirilən “Xocalı Günü” tədbirində səsləndirilib.

Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgiyə, gənc bərpaçı-rəssam Fəridə Həsənlinin “Səssiz gələn düşmən” və heykəltəraş Eldar Həsənovun “Xocalı Fəryadı” əsərlərinə tamaşa ediblər.

Sonra Eldar Həsənov çıxış edərək müəllifi olduğu “Xocalı Fəryadı” monumental kompozisiyası barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə