“Xocalı yarası axan qanımız” adlı tədbir keçirilib FOTOLAR

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin kiçik zalında Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı yarası axan qanımız” adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Ağstafa rayon mədəniyyət işçiləri iştirak ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova tədbiri açıq elan edərək, 26 il öncə ermənilərin Xocalı şəhərində törətdiyi vəhşiliklər, cinayət və erməni vandalizmi haqqında geniş məlumat verib.

Sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Musayeva Zülfiyyə, İsgəndərova Lamiyə çıxış ediblər. Ağstafa şəhər 2 saylı tam orta məktəbin şagirdləri- Cəlilova Rahilə, Əhmədova Nuray və Nuriyeva Nəzrin şeir parçaları ilə çıxış ediblər. Tədbirin sonunda Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub.

Həmçinin Mərkəzin foye hissəsində Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi və “Xocalı faciəsi uşaqların gözü ilə” adlı məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə