Bakıda çağdaş türk yazıçılarının hekayələrindən ibarət kitab nəşr edilib

“AYB kitab” layihəsi çərçivəsində Bakıda “Həyatın rəngləri” (Almanax) - çağdaş Türkiyə yazarlarının hekayələri işıq üzü görüb.

Kitab Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

AYB-dan SİA-ya bildirilib ki, yeni nəşrdə 20 türk yazıçısının, o cümlədən, Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb.

“AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza, almanaxın Azərbaycan dilinə uyğunlaşdıranı Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə