E.Hüseynov adına Mərkəzi Kitabxanada Xocalı soyqırımının 26- cı ildönümünə həsr olunmuş “Talan oldu Xocalı” adlı video - çarx nümayiş olunub. SİA-nın məlumatına görə, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fəal oxucuların və mədəniyyət işçilərinin iştirak etdiyi tədbiri sonra MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı Soyqırımından 26 il ötür. Dinc əhalinin qəddarcasına qətlə yetirildiyi bu hadisə Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş bir soyqırımdır.

Əyani təbliğatın ən təsirli vasitəsi olan film nümayişi Xocalı hadisələrinin oxucuların yaddaşında əbədi yaşayacağına müsbət təsirini göstərir.

Qazax rayon E. Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Xocalı soyqırımı gününə həsr olunmuş “Azərbaycana qarşı erməni qətliamı” adlı ədəbi kompozisiya, şəhər 1 saylı kitabxana filialı “Ürəklərdə yanan Xocalı” adlı söhbət keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə