Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib. SİA-ya yaxınlarının verdiyi məlumata görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.

Qeyd edək ki, Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. T.Qurban Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə