Arif Babayevin 80 illik yubileyi qeyd edilib FOTOLAR

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli muğam ifaçısı, Xalq Artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib. Konservatoriyadan SİA-ya bildirilib ki, təhsil nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək, Arif Babayevin muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolunu və töhfələrini vurğulayıblar.

Tədbirdə Arif Babayevin ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında konsert olub.

Bütün xəbərlər Facebook səhifəmizdə