Novruz Novruzlu tamaşaçılarını sevindirəcək AÇIQLAMA-FOTO

"Savalan" qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru Novruz Novruzlu yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda N.Novruzlunun özü açıqlama verib: ""Hicaz" qrupu ilə birgə "Uzun incə bir yoldayam" adlı solo konsertim baş tutacaq. Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşacaq. Konsert mart ayının 18-də, saat 19:00-da baş tutacaq. Hər kəsi bizə baxmağa dəvət edirəm. İnanıram ki, tamaşaçılar konsertimizdən razı qalacaq".

Qeyd edək ki, biletləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından, şəhərin kassalarından və ASAN xidmətdən əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə