Siyavuş Novruzov Böyük Britaniya səfirinin müavini ilə görüşüb FOTO

Fevralın 20-də YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə