Quba turizm zonasının idarə etmə şurasının iclası keçirilib FOTO

Quba gənclər mərkəzində Quba turizm və rekreasiya zonasının idarə etmə şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Mədəniyyət və turizm nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov, Quba Turizm Rekreasiya zonasının idarə etmə şurasının sədri Elxan Məhərrəmov, aidiyyəti bələdiyyə sədrləri və şura üzvləri iştirak ediblər. İclasda qarşıda duran vəzifələr və qarşıda duran fəaliyyət planı müzakirə edilib.

Çıxış edənlər Quba rayonunun turizm potensialı, burada turizmin hansı növlərinin inkişaf etdirilməsi üçün şərait və imkanların olduğu barədə məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2295 nömrəli Sərəncamına əsasən Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonaları yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə