“Məhəbbət və Ağ ölüm” tamaşası təqdim edilib FOTOLAR

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşasını təqdim edib. SİA-ya bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirilib ki, layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.

Bakı Humanitar Kollecinin səhnəsində təqdim olunan tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə